7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları”nda böyük futbol bayramı yaşandı

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınadığı yarışlarda növbə futbolçulara çatıb.

Dünyanın ən populyar, hər kəsin maraqla izlədiyi, həyəcanına şərik olduğu idman növü olan futbol hələ ilk “Zirvə Oyunları”ının proqramında olub. Hər dəfə də böyük tamaşaçı kütləsi olan matçlar öz gərginliyi ilə seçilib, izləyicilərin sevgisini qazanıb. Yaşlarının az olmasına baxmayaraq yeniyetmə idmançıların meydançanın hər qarışı uğrunda mübarizəsi, təslim olmaması, nümayiş etdirdikləri qələbə əzmi də həqiqətən alqışayayiq idi.

İki yaş qrupu – 10 və 14 yaşda mübarizə aparan Lənkəran, Cəlilabad, Bakı, Sumqayıt və digər regionları təmsil edən toplam 30 komandadan 250-yə yaxın futbolçu seçmə və final mərhələsində oyunlar keçirdilər. İki gün ərzində pley-off sistemi ilə oynanılan qarşılaşmalarda qaliblər yarımfinal və final matçlarına vəsiqə qazandılar. Yaşı 10-a qədər olan futbolçuların finalında “Sumqayıt-Spartak” və “Lənkəran-Zirvə” komandaları üz-üzə gəldilər. Çox sayda qol epizodları ilə müşayiət olunan həll edici qarşılaşma 1:1 hesabı ilə bitdi və qalibi müəyyən etmək üçün oyunsonrası penaltilər yerinə yetirildi. Bu zərbələri daha dəqiq yerinə yetirən cənublular, çempion adına layiq görüldülər. Bu qrupda bürünc medala “Cəlilabad-Zirvə” futbolçuları sahib çıxdılar.

Yaşı 14-ə qədər olan futbolçuların finalı da gərgin keçdi. “Lənkəran-Zirvə” komandası son saniyələrdə vurulan qolla hesabı 3:3-ə çatdırdı və bu matç da penaltilərə getdi. Ancaq bu dəfə rəqib – “Xırdalan şəhəri 2 saylı orta məktəb” daha dəqiq oldu və çempionluğu bayram etdi. Bürünc medalı isə “Neftçi” qazandı.

Təntənəli mükafatlandırma mərasimində fəxri kürsüdə yer alan komandaların hər bir üzvünə medal, diplom və xatirə hədiyyələri təqdim olundu.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) This endpoint requires the 'manage_pages' permission or the 'Page Public Content Access' feature. Refer to https://developers.facebook.com/docs/apps/review/login-permissions#manage-pages and https://developers.facebook.com/docs/apps/review/feature#reference-PAGES_ACCESS for details.

SHARE