7-ci Zirvə Oyunlarının ilk qalibi Türkiyə idmançısı oldu

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” start götürüb. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilib.

7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə körpücük üzərinə hamıdan öncə zərif cinsin nümayəndələri qalxıblar. Qızlar Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən ediblər. Maraqlı mübarizə şəraitində keçən yarışda toplam 114 kq (54+60) nəticə və 198.4 Sinkleyr xalı ilə türkiyəli Nurgül Yüksel qızıl medala sahib çıxıb. İkinci pilllədə toplam 117 kq (53+64) nəticə və 186.4 xalla gürcüstanlı Mariam Maysuradze qərarlaşıb. Üçüncü yeri toplam 107 kq (45+62) və 174.3 xalla Azərbaycan atleti Selcan Qarayeva tutub.

 

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam Sinkleyr
1. Nurgül Yüksel 2005 Türkiyə Zirvə 42.9 54 60 114 198.4
2. Maysuradze Mariam 2005 Gürcüstan Zirvə 47.7 53 64 117 186.4
3. Qarayeva Selcan 2005 İsmayıllı Zirvə 46.4 45 62 107 174.3
4. Lebada Daniela 2005 Moldova Zirvə 54.6 53 63 116 167.0
5. Qurbanlı Leyla 2006 Lənkəran Zirvə 62.9 57 70 127 166.6
6. Murqvliani Mariam 2006 Gürcüstan Zirvə 59.8 51 67 118 159.8
7. Əliyeva Aişə 2006 Qazax Göyəzən 39.7 32 40 72 134.3
8. Rzayeva Samirə 2006 Qazax Zirvə 31.1 22 30 52 123.9
9. Qəmbərzadə Türkanə 2007 Lənkəran Zirvə 42.1 30 39 69 122.1
10. Qədimova Arzu 2009 Sumqayıt Təhsil 38.1 25 35 60 116.3
11. Yakovenko Valeriya 2008 Ukrayna Zirvə 55.8 34 43 77 109.2
12. Rzayeva Aydan 2008 Qazax Zirvə 29.1 20 0

 

Zirvə Oyunlarında idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

 

SHARE