7-ci “Zirvə Oyunları”nda qılıncoynatma üzrə yarışlar da təşkil olundu

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda bu dəfə qılıncoynadanlar mübarizəyə başlayıblar.

May ayının 11-də 2005-07-ci il təvəllüdlü qız və oğlanlar arasında şpaqa silah növündə yarışa “Təhsil” RİM 7№-li İOEUGİM və 13 №-li İOEUGİM təmsilçiləri qatılıblar. Bir gün sonra isə sablya silah növündə mübarizə başlayıb. Burada da eyni yaş qrupunda “Təhsil” RİM 7№-li İOEUGİM,13№-li İOEUGİM və “Neftçi” İK-nı təmsil edən qızlar və oğlanlar yarışıblar.

Ümumilikdə 50-yə yaxın qılıncoynadanın iştirak etdiyi yarışda qalib və mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim edilib. Bildirilib ki, belə yarışların təşkili bu idman növünün inkişafına təkan verəcəkdir.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

Şpaqa (oğlanlar)

  1. Orxan Həsənli
  2. Rauf Aruslanov
  3. Məhəmməd Əsədullayev
  4. Mirsaleh Abbasov

 

Şpaqa (qızlar)

  1. Nazilə Rəhimova
  2. Xədicə Həsənli
  3. Alfiyə Abdinova
  4. Aynur Quliyeva

 

Sablya (oğlanlar)

  1. Rəsul Əliyev
  2. Yaroslav Aboimov
  3. Eşqin Nuriyev
  4. Ülvi Rəsulzadə

 

Sablya (qızlar)

  1. Xədicə Şamilova
  2. Təranə Məmmədli
  3. Afət Mürsəqulova
  4. Nüranə Verdiyeva
SHARE