7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında kamandan oxatma və atıcılıq yarışları baş tutdu

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə atıcılara çatıb.

AAAF Parkın xüsusi təchiz olunmuş zallarında atıcılıq və kamandan oxatma yarışları təşkil edildi. Zirvə Oyunlarında debüt edən hər iki növdə turnir yetərincə maraqlı alındı. İlk öncə atıcılar mübarizəyə qoşuldular. Tapança və tüfəngdən 10 metr məsafəyə atış üzrə yarışçılar öz yerlərini tutdular. Sərrast atıcılar hədəfi ən doğru nişan alaraq məharətlərini nümayiş etdirdilər. Oğlanlarda Cəfər Sultanlı, qızlarda isə Xanna Əliyeva hamıdan dəqiq olduqlarını sübut edərək qızıl medala sahib çıxdılar.

Kamandan oxatma yarışı da baxımlı alındı. Öz “silah”larından çox dəqiq yararlanan yeniyetmə idmançılar böyük perspektiv vəd etdiklərini göstərə bildilər. Onların gələcəkdə ölkəmizi daha böyük beynəlxalq yarışlarda layiqli təmsil etmə şansları böyükdür. Qızlarda Aytən Hüseynzadə, oğlanlarda isə Əli Süleymanov çempion adını qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib və mükafatçılarıa medal, sertifikat və xatirə hədiyyələri təqdim olunub.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

 

ATICILIQ

Tapança yarışı

Oğlanlar

  1. Cəfər Sultanlı
  2. İmran Qarayev
  3. Tamerlan Əliyev

 

Qızlar

  1. Xanna Əliyeva
  2. Zeynəb Sultanova
  3. Südabə Məmmədova

Tüfəng yarışı

Oğlanlar

  1. Sultan Sultanov
  2. İbrahim Həmidov
  3. Elşən Sultanov

 

Qızlar

  1. Əsmər Məmmədova
  2. Nərgiz Cəfərova
  3. Aytən İslamova

 

KAMANDAN OXATMA

Qızlar

  1. Aytən Hüseynzadə (Məhsul)
  2. Aydan Əhmədova (ADBTİA)
  3. Ayna Həsənova (Lokomotiv)

 

Oğlanlar

  1. Əli Süleymanov (Məhsul)
  2. Məhəmməd Balakişiyev (Spartak)
  3. Zahid Kazımzadə (Məhsul)

 

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) This endpoint requires the 'manage_pages' permission or the 'Page Public Content Access' feature. Refer to https://developers.facebook.com/docs/apps/review/login-permissions#manage-pages and https://developers.facebook.com/docs/apps/review/feature#reference-PAGES_ACCESS for details.
SHARE