7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında boksçuların yarışı yüksək səviyyəli təşkilatçılıqla müşayiət olundu


5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə boksçulara çatıb.
24-27 may tarixlərində Kompleksin mərkəzi yarış zalında Azərbaycan, Qazaxıstan, Özbəkistan və Gürcüstandan ümumilikdə yüzdən çox gənc boksçu medallar uğrunda mübarizə apardılar. Yüksək səviyyəli təşkilatçılıqla müşayiət olunan yarış şəxsi xarakterli olub Olimpiya sistemi ilə kecirildi. 2005-2006 təvəllüdlü boksçular 35.5 kq, 37, 38.5, 40, 41.5, 43, 44.5, 46, 48, 50, 52, 54, 56, 59 və 62 kq çəki dərəcələrində qalibləri müəyyən etdilər. Ağır, gərgin və son saniyələrə qədər mübarizə ilə müşayiət olunan döyüşlər rinq həvəskarı olan tamaşaçıların rəğbətini toplayıb.
İştirakçılar yeniyetmə olmalarına baxmayaraq, qızıl medalı əldə etmək üçün rinqdə əsl kişi əzmi nümayiş etdiriblər. Yarış özbək və azərbaycanlı döyüşçülərin böyük rəqabəti əsnasında keçib. Fəxri kürsünün ən yüksək pilləsinə müvafiq olaraq Abdurəsulov Xumoyunmirzə, Nihad Zeynalov, Xojauakber Maxmudov, Farrux Tulaqanov, Jomoloddin Xolikov, Məhəmmədəli Qasımzadə, Əli Əliyev, Kənan Babayev, Nadir Məlikov, Lazızbek Tulxınov, Daler Bozorov, Mehman Qasımlı, Coxongir Narziyev, Abdulaziz Abduraxmanov və Ayxan Əliyev qalxıblar.
Mükafat qazanan idmançılara medal, sertifikat və xatirə hədiyyələri təqdim olunub.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.
35,5 kq
1. Abdurəsulov Xumoyunmirzə (Özbəkistan)
2. Sənan Məmmədov (Bakı-DİN)
3. Orucəli Cavadzadə (Astara-Zirvə)
3. Nəriman Vəliyev (Neftçala)

37 kq
1. Nihad Zeynalov (Neftçala-Zirvə)
2. İbrahim Mirzəzadə (Astara-Zirvə)
3. Nihad Şahbazov (Siyəzən)
3. Məhəmməd Əmirşahlı (Sumqayıt)

38,5 kq
1. Xojauakber Maxmudov (Özbəkistan)
2. Hüseyn Nəcəfov (Neftçi)
3. Murad Məmmədov (Sumqayıt)
3. Murad Seydli (Bakı DİN)

40 kq
1. Farrux Tulaqanov (Özbəkistan)
2. Xalid Abdullayev (Neftçala-Zirvə)
3. Nahid Əmirşahov (Bakı DİN)
3. Əli Ramazanov (Sumqayıt)

41,5 kq
1. Jomoloddin Xolikov (Özbəkistan)
2. Nurjan Jubanov (Qazaxıstan)
3. Elmar Mərdanzadə (Sumqayıt)
3. Ənəs Ağayev (Sumqayıt)

43 kq
1. Məhəmmədəli Qasımzadə (Astara-Zirvə)
2. Amin Tanrıverdiyev (Sumqayıt)
3. Rəvan Cəfərov (Neftçi)
3. İsmayıl Hüseynli (Şağan – OİK)

44,5 kq
1. Əli Əliyev (Neftçi)
2. Nihad Kərimov (Siyəzən-Zirvə)
3. Xəyal Qurbanlı (Maştağa OİK)
3. Milan Tağızadə (Lənkəran)

46 kq
1. Kənan Babayev (Sumqayıt)
2. Rəvan Hacıyev (Siyəzən-Zirvə)
3. Baburbek Babajanov (Özbəkistan)
3. Kənan Cəfərov (Astara)

48 kq
1. Nadir Məlikov (Sumqayıt)
2. Mirhüseyn Məmmədov (Gəncə)
3. Yüzbəy Mayıllı (Siyəzən-Zirvə)
3. Valid Bağırov (Masallı)

50 kq
1. Lazızbek Tulxınov (Özbəkistan)
2. Hikmət İbadov (Maştağa OİK)
3. Fərid Babayev (Bakı DİN)
3. Təhmin Hüseynəliyev (Siyəzən)

52 kq
1. Daler Bozorov (Özbəkistan)
2. Aslan Quliyev (Bakı DİN)
3. Nazim Kazımlı (Astara)
3. Ağaəli Eminov (Maştağa OİK)

54 kq
1. Mehman Qasımlı (Sumqayıt)
2. Sənan Həsənov (Neftçi)
3. Jasurbek Muminov (Özbəkistan)
3. Zeynal Əzizov (Astara)

56 kq
1. Coxongir Narziyev (Özbəkistan)
2. Cəlal Ələkbərov (Sumqayıt)
3. Fuad Babayev (Neftçi)
3. Aslan Soltanov (Bakı DİN)

59 kq
1. Abdulaziz Abduraxmanov (Özbəkistan)
2. Dədəkişi Kazımov (Astara)
3. Rəhman Həsənzadə (Sumqayıt)
3. Nihad Qaraşov (Sumqayıt)

62 kq
1. Ayxan Əliyev (Neftçi)
2. Murad Əzizov (Bakı DİN)
3. Murad İsgəndərov (Bakı DİN)
3. Sadıq Nəcəfov (Neftçala)

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) To use 'Page Public Content Access', your use of this endpoint must be reviewed and approved by Facebook. To submit this 'Page Public Content Access' feature for review please read our documentation on reviewable features: https://developers.facebook.com/docs/apps/review.
SHARE