3-CÜ ZİRVƏ OYUNLARI BAŞLAYIR!

9-17 may tarixləri arasında AAAF Park Yaşayış Kompleksində Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının ildönümünün təntənəli qeyd edilməsi məqsədilə yeniyetmələr arasında 3-cü “Zirvə Oyunları” keçiriləcəkdir. “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızın qatılacağı bu yarış ənənəvi xarakter daşıyır. Bir neçə ildir mütəmadi keçirilən Oyunlr həmçinin Azərbaycan birinciliklərində cıxış etmək ücün heyətlərin komplektləşdırılməsı, bu idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlagələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, təkmilləşdirilməsi və yarış vərdişlərinin mükəmməlləşdirilməsi məqsədi güdür.

Yarışlar həmişə olduğu kimi dörd idman növü üzrə ağır atletika, bədii gimnastika, cüdo və futbol – keciriləçəkdir. Futbol üzrə yarışlar 10 may 2015-ci il tarixində AAAF Parkın ərazisində yerləşən ZİSC-nin açıq Mini-futbol meydançasında, bədii gimnastika yarışı həmçinin mayın 10-da ZİSC-nin Gimnastika zalında, ağır atletika üzrə yarışlar mayın 9-da, cüdo üzrə yarışlar isə mayın 17-də ZİSC-nin əsas yarış zalında keçiriləcəkdir.

Yarışın təşkilinə Zirvə İnternational Sport Clubs MMC rəhbərlik edir. Oyunların keçirilməsi qeyd olunan idman növləri üzrə hakimlər heyətinə həvalə olunur. Əlavə edək ki, yarışlarda Respublikanın şəhər, rayon, qəsəbə və kəndlərdə “Zirvə İnternational Sport Clubs”ın klub və bölmələrinin həkim müayinəsindən kecmiş, seçilmiş idmançıları iştirak edə bilərlər.

Ağır atletika, cüdo, bədii gimnastika üzrə yarışlar şəxsi, futbol yarışları isə komanda xarakteri daşıyır.Yarışa texniki cəhətdən hazırlıqlı və tibbi müayinədən keçmiş idmançılar buraxılırlar.
Ağır atletika üzrə yarışlar 2003, 2004, 2005 və 2006-cı il təvəllüdlü oğlanlar və 2001-2005 təvəllüdlü qızlar arasında hər yaş qrupu üzrə Sinkleyr cədvəli əsasında, cüdo üzrə yarışlar 2000-2002 təvəllüdlü oğlanlar arasında 34, 38, 42, 46, 50, 55, 60, 66 və +66 cəki dərəçələrində, bədii gimnastika yarışları 1999-2003, 2004, 2005, 2006, 2007, 2008-2011-ci il təvəllüdlü qızlar arasında açıq tipli,futbol üzrə yarışlar 2002-2006-cı il təvəllüdlü oğlanlar arasında keçiriləcəkdir.

Ağır atletika yarışları mayın 9-da saat 12:00-da (çəkilmə saat 11:00-da başlanır və yarışın bütün idmançıları çəkilirlər), bədii gimnastika mayın 10-u saat 12.00-da, futbol həmin gün saat saat 11.00-da, cüdo isə may 17-si saat 11.00-da (çəkilmə saat 09-10:00-da başlanır və yarışın bütün idmançıları çəkilirlər) başlanır.

Yarışlarda hər yaş qrupunda və cəkidə I-II-III yerləri tutan idmançılar və komandalar “Zirvə İnternational Sport Clubs” MMC-nin medal və diplomları ilə mükafatlandırılırlar.

Ağır atletika üzrə yarışlarda iştirak edəcək atletlərin tam siyahısı ilə aşağıda tanış ola bilərsiniz:

siyahı oyunlar

SHARE