AAAF Park Yaşayış Kompleksində tikinti işləri sürətlə davam edən daha iki küçə 28 və 29 saylıdır. AAAF TV bu küçələrdə aparılan tikinti işlərinin son vəziyyətini lentə alıb. “AAAF İnşaat” MMC-nin baş mühəndisi Hatəm Rəfiyevin sözlərinə görə, tikinti işlərinə xeyli sayda işçi qüvvəsi cəlb edilib, texnika və tikinti materialları sarıdan da problem yaşanılmır.