28 və 29 saylı küçədə son yeniliklər

AAAF Park Yaşayış Kompleksində tikinti işləri davam edir. Kompleksdə tikintisi sürətlə davam edən küçələrdən biri də 28 saylı küçədir. Küçədə yerləşən 1 saylı binada 7-ci mərtəbənin, 4-cü binada isə bünövrə tavasının qurulması işləri görülür. 2-ci binada 4-cü, 5-ci binada 1-ci, 6-ci binada isə 2-ci mərtəbənin tikinti işləri davam edir. 7 və 8 saylı binalarda isə müvafiq olaraq 8-ci və 9-cu mərtəbənin dəmir qəlib işləri görülür. Bundan başqa 29 saylı küçədə də 8 və 1 saylı binalarda 1-ci mərtəbənin dəmir-qəlib işləri görülür. 2 saylı binada isə bünövrə tavası qurulur.

SHARE