28 saylı küçədə son yeniliklər: 5 saylı binanın təməli qazılır!

AAAF Park Yaşayış Kompleksində yerləşən 28 saylı küçədə gedən tikinti işləri ilə sizi mütəmadi olaraq tanış edirik. Küçədə son yenilik isə 5 saylı binanın təməlinin qazılmasıdır. AAAF TV-yə açıqlamasında 28 saylı küçədə inşa olunun binaların iş icraçısı Hacı Ceyranov qazıntı işlərinin 1 həftəyə yekunlaşacağını deyib.

Hacı Ceyranov 28 saylı küçədəki digər binalarda da işlərin sürətli şəkildə getdiyini, 8-ci binanın 5-ci mərtəbəsinin betonlaşma işlərinin, 7-ci binanın 5-ci mərtəbəsinin sütun armaturlarının vurulduğunu və 2-ci binanın 1-ci mərtəbəsində qəlib işlərinin görüldüyünü vurğulayıb.

SHARE