28 may – Respublika Günüdür!

Bu gün ölkəmizdə “28 may – Respublika Günü” qeyd olunur.

1918-ci il mayın 28-də türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Zaqafqaziya seyminin süqutundan sonra may ayının 27-də seymdə olan müsəlman franksiyası Tiflisdə Milli Şura yaratdı. Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə, onun müavini isə Fətəli Xan Xoyski seçildi. Mayın 28-də Milli Şura Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında müstəqil Azərbaycan Demokratik Respublikasının yaradılmasını elan etdi.

1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir.

AAAF Park olaraq 97 il bundan öncə Şərqdə ilk demokratik Respublika qurmuş xalqımızı bu bayram münasibətilə təbrik edir, bu şərəfli gündə xalqımıza firəvanlıq arzu edirik!

Bayramınız mübarək!

SHARE