27 saylı küçədə son yeniliklər

AAAF Park Yaşayış Kompleksində yerləşən 27 saylı küçədə tikinti işləri sürətlə davam edir. Küçədə yerləşən 1 saylı binada 10-cu mərtəbənin qəlib yığma işləri görülür. Tikintisi davam edən binanın 6 mərtəbəsində artıq hörgü işləri aparılıb və suvaq işləri yekunlaşıb. 7 və 8-ci mərtəbələrin hörgü işləri isə davam edir, yaxın günlərdə bu mərtəbələrdə də suvaq işlərinə başlanılacaq. İş İcraçısı Hatəm Rəfiyev binanın sentyabr ayının əvvəllərinə təmir üçün sakinlərin ixtiyarına veriləcəyini bildirib.

SHARE