25 və 28 saylı küçələrdə aparılan tikinti işlərinin son vəziyyəti

AAAF Park Yaşayış Kompleksində tikinti işləri sürətlə davam edir. 25 və 28 saylı küçələr üzrə aparılan tikinti işlərinə xeyli sayda texnika və işçi         qüvvəsi cəlb olunub. 28 saylı küçədə 8 saylı binanın 11 ci mərtəbəsi, 7 saylı binanın 10-cu mərtəbəsi,5 və 6 saylı binaların 3-cü mərtəbəsi, 1 saylı binanın 6-ci mərtəbəsi, 2 saylı binanın isə 7-ci mərtəbəsində tikinti işləri aparılır. 3 və 4 saylı binalarda da işlər öz axarı ilə davam etməkdədir. 25 saylı küçənin 2,4,6,8,10 və 12 saylı binaları sakinlərin ixtiyarına verilib. 1 saylı binada komunikasiya xətləri çəkilir və buradakı işlər bitəndən sonra həmin proses 3,5,7 və 9 saylı binalarda həyata keçiriləcək. 11 saylı binanın 9-cu mərtəbəsinin isə qəlibi yığılır.

Qeyd edək ki, növbəti sujetimizdə sizlərə 17 və 19 saylı küçələrdə görülən işlərlə tanış edəcəyik.

SHARE