25 saylı küçədə son durum

11-ci bina gələn ilin əvvəlində sakinlərə təhvil veriləcək.

AAAF TV AAAF Park Yaşayış Kompleksində aparılan tikinti işləri ilə bağlı növbəti sujetini təqdim edib. Bu dəfəki sujet 25 saylı küçəyə həsr olunub. Bu küçədə 12 bina yerləşir və bu binaların 11 –i sakinlərin ixtiyarına verilib.

Yalnız 11-ci binada tikinti işləri davam etməkdədir. “AAAF İnşaat” MMC-nin baş mühəndisi Hatəm Rəfiyevin bildirdiyinə görə, bu binada tikinti prosesi gələn ilin əvvəlində başa çatacaq və bina sakinlərə təhvil veriləcək.

SHARE