25 saylı küçədə işlər sürətlə davam edir

AAAF Park Yaşayış Kompleksində yay mövsümünün gəlməsi ilə əlaqadar olaraq tikinti işləri daha da sürətləndirilib. Bunun da nəticəsi olaraq Kompleksdə yerləşən 25 saylı küçədə binalarn tikintisi sürətlə davam edir. Küçədə yerləşən 2, 4 saylı binalarda tamamlanma işləri gedir. 6, 8, 10 saylı binalarda dam örtüyü bağlanıb və rənglənmə işlərinə başlanılıb. 1, 3 saylı binalarda isə dam örtüyünün bağlanması işlərinə başlanılıb. Küçədə görülən işlər barədə AAAF TV əməkdaşı ilə söhbəti zamanı iş icraçısı Hatəm Rəfiyev məlumat verib. Rəfiyev 2, 4, 6, 8, 10 saylı binaların Sentyabr ayının əvvəllərinə, 3, 5, 7, 9 və 11 saylı binaların isə ilin sonuna sakinlərə təmir üçün təhvil veriləcəyini qeyd edib:

SHARE