25, 26 saylı küçələr və A kompleksinin ərazisinə asfalt çəkilib

Xəbər verdiyimiz kimi, yay mövsümünün gəlməsi ilə əlaqadar olaraq AAAF Park Yaşayış Kompleksində tikinti işləri daha da sürətləndirilib. Kompleskin ərazisində abadlıq işləri görülür, binaların ərazisi asfaltlanır. Son olaraq bu örtük 25, 26 saylı küçələrin və A kompleksinin ərazisinə çəkilib. Bundan başqa, yaxın günlərdə 13 saylı küçəyə çəkilməsi planlaşdırılır. İş icraçısı Vahid Baxşəliyev AAAF TV-yə açıqlamasında 11, 17, 25 saylı küçələrdə və A, B Komplekslərində isə son hazırlıq işləri görüldüyünü deyib.

SHARE