AAAF Park Yaşayış Kompleksində yerləşən 24 saylı küçədə sistemli olaraq təmir-bərpa işləri yekunlaşıb. Küçədə avtodayanacaq xətləri çəkilib, yaşıllıq artırılıb, binalarda giriş və qapılarda nömrələnmə işləri aparılıb.
Bundan əlavə bloklarda və həyətyanı sahələrdə işiqlandırma sistemi tam təmin olunub. Binaların ətrafında maksimum təmizlik işləri aparılır. 24 saylı küçə sakinləri də görülən işlərdən razılığını ifadə ediblər.
Qeyd edək ki, artıq 22 saylı küçədə də təmir-bərpa işlərinə start verilib.