22 saylı küçədə qazlaşma işləri yekunlaşır

Ötən həftədən də məlum olduğu kimi, AAAF Park Yaşayış Kompleksində binaların qazlaşdırılma prosesi çərçivəsində 5 bina qazla təmin olunub. Hazırda 22 saylı küçənin binalarında qazlaşma prosesi davam edir. “Azəriqaz” QSC-nin nümayəndələri 22 saylı küçədə yerləşən binaların mənzillərinə baxış keçirərək qaz borularını yoxlayıb, sayğaclara nəzarət edib. Sakinlərə Xidmət Departamentinin nümayəndəsi Cəlal Nəsirov növbəti həftə sayğaclara möhür vurulduqdan sonra 22 saylı küçənin binalarında qaz açılışına start veriləcəyini bildirib.

SHARE