21 saylı küçədə təmir-bərpa işləri gedir

AAAF Park Yaşayış Kompleksİndə 21 saylı küçədə təmİr-bərpa İşlərİ gedİr

AAAF Park Yaşayış Kompleksində tam ərazi üzrə sistemli təmir-bərpa işlərinə başlanıb. Planlı sistemə əsaslanan bu işlər bir neçə mərhələdə həyata keçiriləcək. Bu prosesin birinci mərhələsinə əsasən 21 saylı küçədə artıq bir neçə həftədir binalarda və həyətyanı sahələrdə təmir işləri gedir.

Binaların bloklarında və həyətdə işıqlandırma tam təmin olunub. 21 saylı küçə ərazisində avtodayanacaq üçün xəttlərin çəkilməsi prosesi artıq bitib. Blok üzrə giriş qapılarında kod sisteminin və örtük qoruyucu materiallarla təmin olunma, eyni zamanda, divarlarda sökülmüş yerlərin ağardılaraq yenidən bərpası işləri yekunlaşmaq üzrədir. 21 saylı küçənin sakinləri təmir-bərpa işlərinə münasibət bildriblər. Sakinlər 21 saylı küçə üzrə aparılan işləri təqdirəlayiq hesab ediblər.

Əlavə olaraq, binalaların təmizliyinə maksimum diqqət göstərilir. Yaxın günlərdə, bloklarda şaxtaların, həyətlərdə yeni oturacaqların, idman ləvazimatları və uşaqlar üçün mini attraksionların qurulması nəzərdə tutulub.

SHARE