19 saylı küçədə tikinti işləri sürətlə davam edir

AAAF Park Yaşayış Kompleksində tikinti işləri davam edir. Kompleksdə yerləşən 19 saylı küçədə də işlər sürətlə görülür. 4 bina, 6 blokdan ibarət olan küçədə A, B bloklarında təməl qatının betonu tükülür. C blokunda 3-cü mərtəbənin tikintisi davam edir. D blokunda isə artıq 3-cü mərtəbənin tikintisi yekunlaşıb və yaxın günlərdə 4-cü mərtəbənin dəmir-qəlib işlərinə başlanacaq. E və F bloklarında da təməl qatının işləri bitib, 1-ci mərtəbənin tikintisi davam edir.

Qeyd edək ki, 19 saylı küçədə tikinti işlərinə 5 ay öncə başlanıb.

SHARE