AAAF Park Yaşayış Kompleksinin “Açarını təhvil al, ödəməyə sonra başla” kampaniyası çərçivəsində satılan mənzillər 19 saylı küçədə yerləşəcək binalarda olacaq. Küçədə təməlqazma işlərinin görüldüyü barədə məlumat vermişdik. İş icraçısı Elşən Mahmudov tikinti işlərinin sürətlə getdiyini və betonbərkitmə işlərinin yaxın zamanda yekunlaşacağını deyib. Bundan əlavə Mahmudov tikinti üçün lazım olan bütün material və avadanlıqların olduğunu, binanı nəzərdə tutduqları zamandan daha tez təhvil verməyə çalışacaqlarını bildirib. Qeyd edək ki, AAAF Park Yaşayış Kompleksinin “Açarını təhvil al, ödəməyə sonra başla” kampaniyası çərçivəsində inşa edilən 15 mərtəbəli yeni yaşayış binalarından 1, 2 və 3 otaqlı mənzilləri çox rahat şərtlərlə əldə edərək aylıq ödənişlərinizi mənzilin açarını təhvil aldıqdan sonra ödəyəcəksiz.