19, 28 və 29 saylı küçələrdə aparılan tikinti işlərinin son vəziyyəti

AAAF Park Yaşayış Kompleksində tikinti işləri intensiv olaraq davam etdirilir. 19, 28 və 29 saylı küçələrdə işlərin plan üzrə getdiyini söyləyən iş icraçısı Hacı Ceyranov AAAF TV-yə bildirdi ki, 19 saylı küçənin A və B bloklarında IX mərtəbənin qəlib işləri görülür, C və D bloklarında X mərtəbənin armatur işləri həyata keçirilir, E və F bloklarında isə VII mərtəbə betona hazırdır. 28 və 29 saylı küçədə görülən işlərə gəlincə işlərin sürətlə davam etdiyi diqqətə çatdırıldı.

İş icraçısı müsahibə zamanı onu da bildirdi ki, material, texnika və işçi sarıdan problem yaşanılmır və yay mövsümü ərzində tikinti işləri sürətlə həyata keçiriləcək.

SHARE