189 taksi xidmətindən əla fürsət

Rahatlığa hər zaman önəm verən AAAF Park 189 taksi xidməti ilə əməkdaşlığa başlayıb. Belə ki, AAAF Parka gediş və dönüş istiqamətində 189 xidməti vasitəsilə taksi sifariş edən hər kəs 20 faiz endirim qazanacaq. Sərfəli qiymətləri ilə tanınan 189 taksi xidməti etibarlı və təhlükəsiz sistemi ilə də fərqlənir. 189 taksi xidmətinin sürücüsü Azər Alməmmədov müştəri tələbatı nəticəsində yeni endirimli xidmətlərlə fəaliyyət göstərdiklərini bildirib.

Taksi xidmətlərinə ödənişsiz internet də daxildir. Bu da səyahət zamanı vaxtı səmərəli dəyərləndirməyə imkan yaradır.

SHARE