AAAF Park Yaşayış Kompleksində tikinti işləri sürətlə davam edir. 17 saylı küçədə tikiləcək olan 9 mərtəbəli binalarda – C1, C2 bloklarında 7-ci mərtəbənin dəmir qəlib və betonlama işləri yekunlaşıb. A1 və A2 bloklarında isə 8-ci mərtəbənin dəmir qəlib işləri artıq bitib və yaxın günlərdə betonlama işlərinə start veriləcək.
Bundan əlavə A Kompleksinə asfalt örtüyü çəkilib və sakinlərin hərəkəti üçün səkilər qoyulub.