15 iyun – Azərbaycanda Qurtuluş Günüdür!

1993-cü il iyunun 15-də Azərbaycanda sabitlik, qanunçuluq və ədalətin intizarında olan milyonlarla insanın çağırışının nəticəsi olaraq xalqın lideri Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı və Ali Sovetin sədri seçildi.

Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin Bakıya qayıdışı onun hər zaman yanında olduğu və böyük qiymət verdiyi xalqına olan sevgisinin sübutu idi.

“AAAF Park” Yaşayış Kompleksi xalqımızı Qurtuıuş Günü münasibətilə təbrik edir, Heydər Əliyev ideyalarının davamçısı olan prezidentimiz İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimizə daha böyük nailiyyətlər arzu edir!

Bayramınız Mübarək!

SHARE