13 saylı küçəyə asfalt örtüyü çəkildi

AAAF Park Yaşayış Kompleksində yerləşən 13 saylı küçəyə asfalt örtüyünün çəkiləcəyi barədə xəbər vermişdik. Artıq küçəyə asfalt örtüyü çəkilib və sakinlərin hərəkəti üçün səkilər quraşdırılıb. Bundan başqa, sayca 3-cü olan 1000 kubluq su hövzəsinin tikintisi də sürətlə davam edir. İş icraçısı Zamiq İskəndərov su hövzəsinin tikintisində hazırda dəmir işlərinin görüldüyünü, yan divarların pərdələrinin yığıldığını və yaxın günlərdə qəlib işlərinə start veriləcəyini bildirib. Qeyd edək ki, yeni 1000 kubluq su hövzəsi A və B Kompleksləri həmçinin 26 saylı küçədə yerləşən binaları su ilə təmin edəcək.

SHARE