12 və 24 saylı küçələrdə yeraltı qarajlar istifadəyə verildi

AAAF Park Yaşayış Kompleksində sakinlərin rahatlığı üçün Park ərazisində və binalarda hər cür şərait yaradılıb. İnsanların rahatlığı üçün hər şey bir məkanda kompleks şəkildə yerləşdirilib: uşaq bağçası, lisey, istirahət və əyləncə mərkəzləri, mağazalar, restoranlar, idman zalları…

Rahatlıq yaradacaq daha bir xidmət yeraltı qarajlardır. Artıq Yaşayış Kompleksimizdəki 12 və 24 saylı küçələrdə sakinlər öz avtomobillərini yaşadıqları binaların altında saxlaya, onların təhlükəsizliyinə əmin ola biləcəklər. Yaxın vaxtlarda 13, 17 və 25 saylı küçərlədə də binaların zirzəmi hissəsində yeraltı qarajların istifadə verilməsi gözlənilir.

SHARE