11 saylı küçəyə asfalt örtüyü çəkiləcək

AAAF Park Yaşayış Kompleksində işlərin sürətlə görüldüyü küçələrdən biri də 11 saylı küçədir. Burada tikinti işləri artıq yekunlaşıb, binalara qaz xətləri çəkilib və bloklar təmizlənib. 11 saylı küçədə son yenilik isə asfalt örtüyünün çəkilməsi üçün son hazırlıq işlərinin görülməsidir. Bundan əlavə binaların qarşısında sakinlərin hərəkəti üçün səkilər də qoyulur.

Qeyd edək ki, hazırlıq işləri yekunlaşdıqdan sonra küçəyə asfalt örtüyü çəkiləcək.

SHARE