100% Türk malı Pissero AAAF Park-da yolunuzu gözləyir

Bu günlərdə AAAF Parkda Pissero mağazasının açılışı oldu. Açılışda Türkiyədən gəlmiş iş adamları ilə yanaşı, Pissero mağazalar şəbəkəsinin sahibi, Cənab Uğur Kısakürek də çıxış edirdi. Pissero kişi brendi Dünyanın 41 ölkəsinə ixrac olunur. Onların sırasında Rusiya, Almaniya, Misir və digərləri var.

Azərbaycanda isə ilk və yeganə mağaza AAAF Park yaşayış kompleksində yerləşir. Bu mağazada alıcılara, Türkiyədə istehsal olunmuş, yüksək keyfiyyətli, klassik və idman üslublu Pissero brendi təqdim olunur. Qiymətlər isə fabrik qiymətləri ilə demək olar ki eynidir.

Pissero brendi Akdeniz bölgəsi üzrə “İlin İxracat Lideri” ödülünə sahib olmuşdur. Xəbəriniz olsun ki, Türkiyə Super Ligasının bir neçə komandası geyimlərini Pisseroya etibar edir.

Cənab Uğur Kısakürek AAAF Park-da Pisseronun fəaliyyəti ilə yaxından tanış oldu. Mağazada alıcılara təqdim olunan malların qiyməti, keyfiyyəti və çeşidi ilə marağlandı.

SHARE