1 və 2 saylı küçələrdə təmir-bərpa işləri görülür

AAAF Park Yaşayış Kompleksində yerləşən 1 və 2 saylı küçələrdə təmir-bərpa işləri aparılır. Sakinlərə Xidmət Departamenti tərəfindən sistemli şəkildə aparılan işlərə əsasən blokların girişlərinin ağardılması və rənglənməsi, eyni zamanda blokdaxili fasad örtüyünə dəymiş zərərin bərpası kimi işlər daxildir. SXD əməkdaşı Tərlan Səfərəliyev AAAF TV-yə müsahibəsində görülən işlərin gedişatı barədə söhbət açıb.

Səfərəliyev növbəti mərhələdə komplekslər üzrə binaların bütün mərtəbələrində təmir-bərpa işlərinin görüləcəyini bildirib.

SHARE