AAAF Park Yaşayış Kompleksində yerləşən 1 saylı küçədə inşa olunan 9 mərtəbəli binanın 4-cü mərtəbəsində dəmir qəlib işləri görülür. İş icraçısı Sərdar Məmmədov tikinti üçün lazım olan bütün material və avadanlıqların olduğunu, işlərin sürətlə getdiyini deyib. Məmmədov binanın tikinti işlərinin Sentyabrın əvvəllərinə yekunlaşacağı və təmir üçün sakinlərə təhvil veriləcəyini bildirib. Onu da qeyd edək ki, 9 yaşayış binasının olacağı nəzərdə tutulmuş 1 saylı küçədə artıq 3 binanın tikintisi başa çatıb və yaşayış var.