AAAF Park Yaşayış Kompleksində daha bir məkan – “Dalğa” balıq restoranı istifadəyə verildi. Maraqlı dizayna malik olan bu restoranın görünüşü qayaya girən gəmini xatırladır. Belə ki, süni yaradılmış gölün içərisində gəmi çox maraqlı görsənir. Yemək masaları fərqli formatda hazırlanıb. Onların hər birinin altında canlı balıqlar üzən akvarium var. Kiçik şəlalə, daha bir böyük – içərisində canlı, ancaq bir qədər kiçik olan akulalar olan akvarium da məkana rəng qatır.

İki mərtəbəsi olan gəminin 1-ci mərtəbəsində 40-50 nəfər, 2-ci mərtəbə 100, gəminin göyərtəsində – açıq məkanda isə 40 nəfərlik yerlər mövcuddur. Məkan həmçinin ad günü və digər ziyafətlər üçün də ideal yerdir.

“Dalğa” restoranında 10-dan artıq çeşiddə balıq məhsullarından hazırlanan yeməklər təklif olunur. İstər okean, istərsə də Xəzər dənizinin nemətlərindən dadmaq istəyənlər bura üz tuta bilərlər.
“Dalğa” restoranında sizi yüksək səviyyəli xidmət gözləyir. Peşəkar aşpazların böyük həssaslıqla hazırladığı yeməklər həm cibinizə uyğun olacaq, həm də keyfiyyətindən razı qalacaqsınız.

“Dalğa” rstoranı hər gün səhər saat 09:00-dan gecə saat 00:00-dək sizlərin ixtiyarınızdadır.

Hər kəsi “Dalğa” restoranında səbirsizliklə gözləyirik!

AAAF Park” Yaşayış Kompleksi bütün ziyarətçilərini asudə vaxtlarını daha gözəl keçirmələri üçün “Zirvə” restoranına dəvət edir. Bu məkan da müştərilərin daima xidmətindədir.

“Zirvə” restoranı xüsusilə cənub regionunun yeməkləri – təndirdə hazırlanan balıq və toyuq ləvəngiləri, kabablar, xəmir yeməkləri, qazan yeməkləri, tabaka, plovlar, sac yeməkləri, eləcə də, Avropa və milli mətbəxin ləziz yeməkləri ilə məşhurdur. Burada istənilən milli yemək əvvəlcədən sifariş etməklə hazırlanır.

60-80 nəfərlik böyük zalı banket və tədbirlər üçün, 15-30 nəfərlik kiçik zalı isə kiçik tədbirlər üçün nəzərdə tutulmuşdur. Burada həmçinin ailəvi kabinetlər də mövcuddur.

Açıq havada, fontanın yanında tədbir və banketlərin keçirilməsi üçün say məhdudiyyəti yoxdur.

“Zirvə” restoranında evlərə və ofislərə pulsuz çatdırılma xidməti də yaradılmışdır.

Çay dəsgahı, kömür, somovar, kənd ləzzəti, istirahət bağı, ekzotik quşlar, hovuz və rəngli fəvvarələr, həzin musiqi sizin zövqünüzü oxşayacaq.

Yüksək xidmət, sərfəli qiymət, tanınmış aşpazlar, gülərüz personal sizləri gözləyir!

“AAAF Park Yaşayış Kompleksi”ndə sakin və qonaqlar üçün daha bir restoran istifadəyə verildi. Bugündən etibarən “Tuado” restoranı sizin xidmətinizdədir. Rəsmi açılış mərasimində 50-dən çox qonaq iştirak etdi. Ləzzətinə şahidlik etməsi üçün qonaqlara çeşidli təamlar təqdim olundu.

“Tuado” restoranında siz Azərbaycan, rus və Avropa mətbəxinin ən ləziz yeməklərini dada, yüksək səviyyəli xidmətdən yararlana bilərsiniz. Canlı musiqi müşayiəti ilə təmin olunacaq bu məkan həftənin bütün günlərində səhərdən gecəyə qədər işləyəcək. Peşəkar aşpazların böyük həssaslıqla hazırladığı yeməklər həm cibinizə uyğun olacaq, həm də keyfiyyətindən razı qalacaqsınız.

Restoran həmçinin kiçik banket tədbirlərinin təşkili üçün ideal yerdir. Sifarişlərinizi əvvəlcədən verdiyiniz zaman sizə özəl banket hazırlanacaqdır.

Hamınızı yeni ləzzətin ünvanı olan “Tuado” restoranına dəvət edirik!

“Chayrud Cafe” AAAF Parkda Türk mətbəxi

Müxtəlif mədəniyyət və mətbəxlərin kəsişdiyi, öz təcəssümünün zirvəsini tapdığı məşhur Türk mətbəxinin ən ləziz təamlannı artıq AAAF Park Yaşayış Kompleksində də dada bilərsiniz.

“Chayrud Cafe” sizə bu şansı yaradır. Bol çeşidli yemək və qəlyanaltılar, kabablar, salatlar, dünyaca məşhur türk şirniyyatının bir çox növlü sizə təqdim olunacaqdır. Ən əsası siz sakit təbiət guşəsində istirahət edərkən uşaqlarınız kafeyə bitişik olan Limuland əyləncə mərkəzində əylənəcəkdir.

“Chayrud Cafe” xidmətinizdədir!

Əlaqə üçün:

050 657 19 96 / 050 380 50 05

Restoranlar